Dünya

Rusiyadan 55 Kanada vətəndaşına - Qadağa

1 Sentyabr 2022 08:22
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya yüksək rütbəli hərbçilər, siyasətçilər və ictimai xadimlər də daxil olmaqla 55 Kanada vətəndaşına sanksiya tətbiq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada Kanada Baş naziri Castin Trüdo administrasiyasının Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Bəyanatda qeyd olunub ki, 55 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi qarşılıqlılıq prinsipindən asılı olaraq qadağan edilib.

Bundan başqa, bəyanatda sözügedən şəxslərin siyahısı da dərc edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.