Dünya

İtaliya hökuməti ölkədə işıq və qaz istehlakını məhdudlaşdıra bilər

26 Avqust 2022 23:04
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın yeni hökuməti qaz və işığın normallaşdırılmış istehlakını tətbiq etməyə məcbur olacaq.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Şimal Liqası Partiyasının lideri Matteo Salvini jurnalistlərə bildirib.

O, mavi yanacağın qiymətinin dəyişmədiyi təqdirdə bu tədbirlərə əl atmalı olacaqlarını vurğulayıb.

"Qiymətlər düşməsə, növbəti hökumət müəssisələrdən başlayaraq, elektrik enerjisi və qazın istehlakını normallaşdırmalı olacaq", - siyasətçi deyib.

Xatırladaq ki, Avropada hərrac zamanı qazın qiyməti martın 7-dən indiyədək ilk dəfə olaraq 1 000 kubmetr üçün 3 500 ABŞ dollarını ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.