Dünya

Rusiyalı oliqarxın müsadirə edilən yaxtası hərraca çıxarılacaq

21 Avqust 2022 11:07
0 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəbəllütariq hakimiyyəti Rusiyadan olan oliqarxdan müsadirə edilən "Axioma" yaxtasını hərraca çıxarmağı planlaşdırır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "The Guardian" qəzeti yazır.

Nəşrin məlumatına görə, yaxtanın biznesmen Dmitri Pumpyanskiyə məxsus olduğu ehtimal edilir. Hərracın avqustun 23-də keçirilməsi nəzərdə tutulub və əldə olunan vəsaitin ukraynalı qaçqınlara kömək məqsədilə köçürülməsi planlaşdırılır.

Cəbəllütariq hakimiyyəti mart ayında Pumpyanskiyə qarşı sanksiyalar tətbiq etdikdən sonra gəmini saxlayıb.

Qəzet qeyd edir ki, Amerika bankı "JP Morgan" iş adamının "Pyrene Investments" şirkətinin banka 20 milyon dollardan çox borcu olması iddiası əsasında məhkəməyə müraciət edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.