Dünya

“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi

6 Avqust 2022 10:36
3 Şərh     Baxış: 2 880

Qondarma "dxr"-in qadın polkovnik-leytenantı, "Korsa" ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir.

Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma "dnr"-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib.

Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirmiş.

Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

3 Şərh:

  • Anonim
    0 · 6 Avqust 10:5842

    Welcome to cehennemin dibine)

    Cavab yaz
  • Anonim
    Sewa · 6 Avqust 11:4031

    Ne edirsense et, kim olursansa ol ocet-ucotdan kimse yayınmır. Men hemişe bezi insanlara, onların yaşam terzine, düşüncelerini baxdıqda, duydukda * kaş cehennem gercek olardı* fikri kecir üreyimden. P.S. Oradan geri dönen olmadığı ücün ne var yox bilmirik ancaq bezi işaretlerden bezi qenaetlere gelirik.

    Cavab yaz
  • Anonim
    daglı qızı · 7 Avqust 09:1400

    Ölməyib, gəbərib!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics