Dünya

Bu ölkələrdə 1700-dən çox insan istidən öldü

24 İyul 2022 10:15
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anomal istilər təkcə İspaniya və Portuqaliyada 1700-dən çox insanın həyatına son qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge çıxış edib.

Kluge bildirib ki, statistika nisbidir və dəqiq rəqəmlər 2 həftə sonra məlum olacaq. Bununla belə, real rəqəmin artıq rəsmi statistikanı üstələdiyi şübhə doğurmur.

Kluge qeyd edib ki, yay mövsümünün başa çatmasına hələ çox var. Şiddətli istilər insanlarda gizli gedən xəstəliklərin aşkara çıxmasına və vaxtsız ölümlərə səbəb olur. Uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir.

"İstilik öldürür. Son 10 ildə yüz minlərlə insan anomal istilər və onunla üst-üstə düşən meşə yanğınları nəticəsində həyatını itirib" - deyə regional direktor vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.