Rusiya hərbçiləri gecə saatlarında Ukrayna ərazisində özlərinin "Su-34" qırıcı-bombardımançı təyyarələrini vurublar.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, hadisə Ukraynanın Luqansk vilayətinin Alçevsk şəhərində baş verib.
Qeyd edək ki, "Su-34"ün qiyməti 36 milyon dollardır.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ölkə ərazsidinə Rusiyanın 220 döyüş təyyarəsini və 188 helikopterini məhv edib.
Milli.Az