Dünya

Avropada meşə yanğınları tüğyan edi

16 İyul 2022 08:24
0 Şərh     Baxış: 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropanın cənub-qərbində kəskin istilər fonunda güclü meşə yanğınları başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Fransa, Portuqaliya və İspaniyanın bir sıra regionlarında yanğınsöndürənlər güclü meşə yanğınları ilə fəal mübarizə aparırlar.

Fransada Jironde departamentində yanğınlar artıq 7,5 min hektar meşəni məhv edib. On bir mindən çox insan təxliyə edilib. Yanğınların söndürülməsinə 1 000-ə yaxın yanğınsöndürən və ixtisaslaşmış aviasiya cəlb olunub.

Portuqaliyanın qərbindəki Leiria bölgəsində yanğınsöndürənlər güclü küləklər səbəbindən sürətlə yayılan şiddətli meşə yanğınlarını nəzarət altına almağa çalışırlar. Ölkədəki vəziyyət fonunda fövqəladə vəziyyət rejimi iyulun 17-dək uzadılıb.

Yanğınlar İspaniyanın cənub-qərbindəki Ekstremadura muxtar icmasında da meşələri bürüyüb, burada yanğınlar son bir həftə ərzində təxminən 5 500 hektar meşə sahəsini məhv edib. Yanğınsöndürənlər Kastiliya və Leon Muxtar İcmasında güclü yanğın təhlükəsi barədə xəbərdarlıq edir.

Bir sıra Avropa ölkələrində anomal isti quru hava şəraiti hökm sürür. Portuqaliyada bu həftə bəzi bölgələrdə havanın temperaturu 47 dərəcəyə yüksəlib, bu göstərici iyul ayında ən yüksək olub. Fransada cənub-qərbdə termometr 38 dərəcəyə, cənubda 40-a qədər yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory