Dünya

Ukrayna niyə ölən hərbçilərin sayını açıqlamır?

15 İyul 2022 16:07
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölən hərbçilərinin dəqiq sayının nə üçün hələ də açıqlanmadığını izah edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.

"Biz rəqəmləri açıqlaya bilmərik. Lakin bu məsələ araşdırılır. Sadə deyil. İnsanlar iztirab çəkib. Ailələrdə vəziyyət müxtəlifdir. Biz formal prosedurla yanaşı, məsələyə insani baxımdan da yanaşırıq.

Ölənlərin ümumi sayı niyə hələ də rəsmi olaraq açıqlanmır? Bu, hərbi vəziyyət zamanı hərbi zərurətdən irəli gəlir.

Bu, düşmənin bilməməli olduğu məlumatdır, çünki hərbi mütəxəssislər bu məlumatlardan çoxlu nəticələr çıxara, təhlil və planlaşdırma üçün istifadə edə bilərlər.

Odur ki, hərbi vəziyyət bitənə qədər bu məlumat qapalıdır və dərc olunmur", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.