Dünya

Şanxayda "qırmızı həyəcan": 5 ildən sonra...

12 İyul 2022 22:37
0 Şərh     Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Şanxay əyalətində anomal istilərə görə, "qırmızı həyəcan" təhlükə xətti elan edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iki günddür ki, Şanxayda son 5 ilin ən isti saatları yaşanır. Havanın hərarəti 41 dərəcəni keçib.

Sonuncu dəfə adıçəkilən əyalətdə 2017-ci ildə 40,9 dərəcə istilər qeydə alınıb.

İnsanlara küçələrə çıxmama xəbərdarlığı edilib.

Yollarda səyyar tibb məntəqələri quraşdırılıb.

İnsanlara pulsuz içməli su paylanılır.

Küçə polisləri günorta saatlarında küçəyə çıxan insanları evlərinə geri dönməyə məcbur edir.

İstilərin yaxın iki həftə ərzində davam edəcəyi vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.