Dünya

“Ford” Çindən 60 000 avtomobilini nasazlığa görə geri çağırır

12 İyul 2022 13:07
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ford China" asqı sistemindəki nasazlığa görə 59 935 yolsuzluq avtomobilini Çin bazarından geri çağırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

Problem 12 noyabr 2012-ci il və 30 sentyabr 2017-ci il tarixləri arasında istehsal edilmiş "Explorer" markalı avtomobillərində aşkarlanıb.

Avtomobil sahibləri rəsmi dilerlər vasitəsilə detalları pulsuz dəyişdirə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.