Dünya

Sinqapurda meymunçiçəyi virusuna ilk yoluxma

7 İyul 2022 08:54
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi məlumat yayıb.

Virusun aşkarlandığı şəxs Sinqapurda yaşayan 45 yaşlı Malayziya vətəndaşıdır. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti stabildir.

İyunun 30-da kişinin qarnının aşağı hissəsində dəri zədələri aşkarlanıb, iyulun 2-də isə yorğunluq əmələ gəlib və limfa düyünləri şişib. İyulun 4-də qızdırma, boğaz ağrısı yaranıb və o, həkimə müraciət edib.

Həkimlər yoluxmuş şəxslə yaxın təmasda olan üç nəfəri müəyyən ediblər, onların hamısı 21 gün karantinə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, bu günə qədər dünyada 6 min nəfərdə meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.