Kalininqradın adının dəyişdirilməsi təklif olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironov Kalininqrad vilayətinin adının dəyişdirilməsi barədə təklif verib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, siyasətçi Kalininqrad şəhərinə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adının verilməsini təklif edib.
"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.
Kalininqrad vilayətinin səlahiyyətliləri buna cavab olaraq bildirdilər ki, hazırda bölgənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr yersizdir və vilayət mərkəzi artıq layiqli bir ada malikdir.
Xatırladaq ki, bu il iyunun 8-də Litva Avropa İttifaqının sanksiyalarına məruz qalan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.
76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb. Baltik respublikalarının əhatəsində anklav kimi qalan Rusiya Federasiyasının Kalininqrad vilayətinin mərkəzi olan Köniqsberq şəhəri Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. 1945-ci il Potsdam konfransının qərarı ilə SSRİ-yə verilib və sonra Kalininqrad adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra bütün şəhərlərin əski adları qaytarılsa da, Köniqsberqin adı nə şəhərə, nə də vilayətə qaytarlıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək





