Dünyanın ən varlı adamının oğlu cinsiyyətini dəyişir və atasından imtina edir... - RƏZALƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vay o haldan ki, Rusiya imperiyasının həyasız xislətləri ilə Qərbin əxlaqsızlığı birləşə... Təəssüf ki, Azərbaycanın "elitası" sayılan bir sıra oliqarxları da məhz bu hibrid "mədəniyyət"in daşıyıcısıdır..."
"Milyarder oğlu Xavyer Mask 18 yaşına çatana qədər gözləyib ki, cinsiyyət dəyişikliyi üçün şəxsən müraciət etsin və ulduz atası ilə münasibətləri kəssin.
Cennifer Lopezin 14 yaşlı qızı özünü qeyri-binar insan hesab edirsə, İlon Maskın oğlu da özünü qadın kimi hiss edir. Bu yaxınlarda Xavyer cinsiyyətinin dəyişdirilməsi ilə bağlı iddia qaldırmağa qərar verib".
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, son məlimatlara görə, hələ də dünyanın ən varlı adamı sayılan "Tesla" rəhbərinin oğlunun bu macərası haqda "New York Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, İlon Maskın ilk evliliyindən olan oğlu aprel ayında 18 yaşı tamam olduqdan sonra cinsiyyətini dəyişmək üçün müraciət edib.
Beləliklə, oğlan məşhur ata ilə bütün əlaqələri pozmağa çalışır. Üstəlik, milyarderin soyadını atıb anasının soyadını götürməyi planlaşdırır.
"Tvitter"də varisi İlon Maskın müvafiq sənədlərinin skrinşotu peyda olub. Xavyer onları Los-Anjeles dairəsinə təqdim edib.
"Mən uzun müddətdir ki, bioloji atamla yaşamıram və onunla heç bir əlaqədə olmaq istəmirəm", - deyə Xavyer izah edib.
İndi oğlan Vivian Cenna Uilson adlanmaq və "qadın kimi tanınmaq" istəyir.
Qısaca İlon Maskın şəxsi həyatı haqqında...
İlon hələ tələbə olarkən birinci həyat yoldaşı Castina Uilson ilə tanış olub. 2000-ci ildə evləniblər və iki il sonra dünyaya gələn ilk övladları 10 həftə sonra naməlum səbəblərdən ölüb. 2004-cü ildə cütlük "IVF" xidmətlərindən istifadə edib və Qriffin və Xavyer adlı iki oğulları olub. 2006-cı ildə Maskın arvadı yenidən süni mayalanma sayəsində üçəm - Demian, Kayya və Saksonu dünyaya gətirib. 2008-ci ildə cütlük boşanıb.
Daha sonra Maskın məşhur qadınlarla, o cümlədən britaniyalı aktrisa Talulah Rayli və qalmaqallı Ember Herd ilə çoxlu əlaqələri olub. Tezliklə milyarderin həyat yoldaşı ona oğlu X A-Xiyi dünyaya gətirən müğənni Qrayms olub.
İndi isə deyilənə görə, İlon Mask qırmızı saçlı dəlisov, avstraliyalı aktrisa Nataşa Bassetlə görüşür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib





