Dünya

Məşhur əczaçılıq şirkətinə qarşı iddia

18 İyun 2022 18:30
0 Şərh     Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan hökuməti "Novatris" əczaçılıq şirkətindən 214 milyon avro maddi-mənəvi təzminat tələb edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İsveçrə şirkəti 2006-2015-ci illərdə dərmanların yüksəık qiymətə satılması üçün həkimlərə və məmurlara külli miqdarda rüşvət verib. Məqsəd bazarda hakim mövqeyini qorumaq olub. Bu adddım Yunanıstan büdcəsinə və tibbi sığorta şirkətlərinə 3 milyard avro ziyan vurub.

Dəlil yetərsizliyinə görə hələlik heç kimə ittiham irəli sürülməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.