Dünya

Ukrayna MN Rusiyanın uğursuzluğunun səbəbini açıqladı

13 İyun 2022 17:15
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri çoxlu sayda mülki şəxsin gizləndiyi Severodonetskdə yerləşən "Azot" zavoduna nəzarət edir. Ukraynada daha bir Rusiyanın blitskriqi Ukrayna hərbçilərinin inadkar müqaviməti nəticəsində uğursuzluğa düçar olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak deyib.

Onun sözlərinə görə, humanitar nöqteyi-nəzərdən Severodonetskdə vəziyyət "çox, çox ağırdır" və mühasirəyə alınmış Mariupoldakı vəziyyətə bənzəyir, baxmayaraq ki, indi hadisələr daha dinamik inkişaf edir.

"Küçə döyüşləri gedir. Bəzi yerlərdə Ukrayna ordusu əks-hücumlara keçir, əgər Ukrayna ən qısa zamanda ixtiyarına ağır silahlar alarsa, bu hücumları daha effektiv həyata keçirilə bilər", - Sak deyib.

O xatırladıb ki, Ukrayna cəbhədə 155 mm çaplı 150 haubitsa alıb və istifadə edir, lakin daha çox uzaqmənzilli artilleriya sistemləri tələb olunur.

"ABŞ Ukraynaya dörd HIMARS sistemi verəcəyini söylədi. Böyük Britaniya Ukraynanı MLRS sistemləri ilə təmin edəcəyini söylədi... İndi Ukraynaya əks-hücum edib torpaqlarımızı azad edə bilmək üçün bu sistemlərdən təxminən 100-ə ehtiyac var", - Sak deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.