Dünya

Rusiya bu çayı keçə bilmir - Kəşfiyyat

13 İyun 2022 15:22
0 Şərh     Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həftəsonu Severodonetsk ətrafında döyüşlər intensivləşməkdə davam edib. Qarşıdakı aylarda çay keçmə əməliyyatları, ehtimal ki, müharibənin gedişində ən mühüm müəyyənedici amillərdən biri olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Donbasdakı cəbhə xəttinin 90 km uzunluğundakı mərkəzi sektoru Severski Donets çayının qərbində yerləşir.

Əlavə olunub ki, Rusiya Donbasa hücumunun hazırkı əməliyyat mərhələsində uğur qazanmaq məqsədilə ya cinahlarda iddialı əməliyyatlarını tamamlamalı, ya da çay keçmə hücumu həyata keçirməli olacaq.

Vurğulanıb ki, Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl körpüləri dağıtmağa müvəffəq olub, Rusiya isə atəş altında uğurlu, genişmiqyaslı çay keçmə əməliyyatı həyata keçirmək üçün lazım olan kompleks koordinasiyanı qurmaqda çətinlik çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.