Dünya

Venesiyada “uçan” qayıqlar istifadəyə veriləcək - VİDEO - FOTO

1 İyun 2022 18:07
0 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Su üzərində "uçan" elektrik qayıqlarının istehsalında ixtisaslaşan İsveçin "Candela Speed ​​Boat" AB şirkəti yeni "yaşıl" qayıq təqdim edib. "R-8 Voyager" adlanan qayıqdan ilk olaraq Venesiyada su taksisi kimi istifadə olunacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uzunluğu 8,5 metr olan su taksisi altı sərnişin üçün nəzərdə tutulub, həmçinin çatdırılma xidmətlərində istifadə oluna bilər. Elektrikli qayıq kompüterlə idarə olunan "hidrofoil"lərə (sualtı qanad) malikdir. Bu, korpusu suyun üzərində qaldırmağa və qayığa "uçmağa" şərait yaradır.

Bundan əlavə, yaşıl texnologiya su üzərində ən məşhur şəhərin kanallarının çirklənməsindən dəyən ziyanı əhəmiyyətli dərəcədə azalda bilər. "Hidrofoil"lər sayəsində qayığın su üzərində sürtünməsi azalır, bu da enerji sərfiyyatını optimallaşdırır və səfəri səssiz edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.