Dünya

"Ukrayna hər gün 60-100 əsgərini itirir" - Zelenski

1 İyun 2022 08:21
1 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hər gün 60-100 əsgərini itirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə hər gün 500-ə yaxın yaralı əsgər olur.

"Ukraynanın Şərqində vəziyyət çox çətindir. Biz hər gün döyüşlərdə 60-100 əsgər itirir və 500-ə yaxın yaralı alırıq", - deyə o bildirib.

Ukrayna lideri bildirib ki, ölkəsi Rusiya ərazisinə hücum etməyi planlaşdırmır.

Zelenskinin sözlərinə görə, Xarkov vilayətində qüvvələr əks-hücum edir və təzyiq göstərirlər.

Vladmir Zelenski həmçinin bildirib ki, Ukrayna öz ərazilərini vermək niyyətində deyil.

"Biz heç bir ərazimizi verməyəcəyik. Bu bizim müstəqilliyimizdir, suverenliyimizdir. Amma bəzi ərazilərlə bağlı çətinliklər var. Bu çətinlikləri müzakirə etmək olar" , - deyə Ukrayna Prezidenti bilidirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.