Dünya

Cənubi Qafqazda daha bir MÜHARİBƏ TƏHLÜKƏSİ: “Hər şey Rusiya-Ukrayna savaşından asılıdır”

1 İyun 2022 00:54
0 Şərh     Baxış: 3 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gürcüstan Baş naziri Qaribaşvilinin İsrailə səfəri və buradakı görüşlər məhz ölkənin silahlanmasına hesablanıb".

Milli.Az Sfera.az-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Gürcüstan regionda hərbi tərəfdaşlığı məhz Azərbaycanla eyni müstəvidə həyata keçirir:

"Bu ölkənin müasir silahlarla silahlanmasını müəyyən qədər başa düşmək olar - Abxaziya və Cənubi Osetiya kimi Rusiyadan qaynaqlanan ərazi problemi var.  Gürcü Arzusu partiyası görünür, İsraillə əməkdaşlığı inkişaf etdirməklə ABŞ-da yəhudi lobbisinin dəstəyini qazanmağı planlayır. Çünki hakim partiyanın ABŞ və Qərblə arasında soyuq küləklər əsir və bu, İvanaşvilinin kölgəsində olan hakimiyyətin siyasətindən qaynaqlanır. Gürcüstanın silahlanması növbəti illərdə xüsusilə Ukraynada baş verən proseslərdən asılı olaraq  separatçı bölgələrə qarşı əməliyyata başlamasına gətirib çıxara bilər. Ümumiyyətlə, rəsmi Tiflisin siyasətində bu prioritet təşkil edir".

Politoloq əlavə edib ki, Rusiyanın Ukraynada zəifləməsi fonunda Gürcü Arzusu partiyası hakimiyyətdə qalmaq və Qərbin təzyiqlərindən qurtarmaq üçün Cənubi Osetiya istiqamətində hərbi əməliyyatlara başlaya bilər:

"Onda ABŞ və NATO-nun dəstəyini ala bilər. Gürcüstanın hərbi əməliyyatlara başlaması Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyətindən asılı olacaq. İndiki hakimiyyət müharibə aparmaq fikrinin olmadığını qeyd etsə də, müdafiə üçün bu mümkündür".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.