Dünya

İranda hərbi obyektdə qəza: 2 nəfər ölüb

26 May 2022 22:57
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Müdafiə Nazirliyinin mühəndisi Ehsan Qadbeygi baş verən qəzada həyatını itirib, daha bir həmkarı da həlak olub.

Bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə bağlı əsas mərkəzlərdən biridir. İran rəsmiləri bundan əvvəl də bu obyektdə baş verən qəzaların detalları ilə bağlı dəqiq hesabat verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory