Dünya

Almaniyada "meymun çiçəyi"nə yoluxma artır

22 May 2022 10:52
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada "meymun çiçəyi"nə daha iki yoluxma aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Berlin Səhiyyə Departamenti məlumat yayıb.

Yoluxma halı Bavariyada qeydə alınıb. Bununla da yoluxanların sayı 3 nəfərə çatıb.

Məlumata görə, xəstələrin vəziyyəti sabitdir.

Ümumilikdə bu yaxınlarda virus daha bir neçə ölkədə - Avstraliya, Belçika, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa və İsveçdə, İsveçrədə, Yunanıstanda tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, "meymun çiçəyi" nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində yerləşən ucqar ərazilərdə baş verir. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür.

Təşkilat bildirib ki, "meymun çiçəyi" epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.