Dünya

Rusiyada "Moskviç" istehsalı bərpa olunur

16 May 2022 13:18
0 Şərh     Baxış: 1 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Renault" avtomobil şirkətinin Moskvadakı zavodu şəhərin balansına keçib, burada "Moskviç" brendi ilə minik avtomobillərinin istehsalı başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz bloqunda yazıb.

O bildirib ki, Fransa şirkəti Rusiyadakı zavodunu bağlamaq qərarı verib. Moskva meri qeyd edib ki, zavodun hazırkı əməkdaşları öz işlərini davam etdirəcək.

Onun sözlərinə görə, ilkin mərhələdə "Moskviç" avtomobilləri ənənəvi mühərriklərlə istehsal olunacaq, gələcəkdə həmin zavodda elektromobillərin də istehsalı nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.