Dünya

Rusiyada tezliklə dördgünlük iş həftəsinə keçilə bilər

3 May 2022 22:09
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov rusiyalılara dördgünlük iş həftəsinə keçidin yaxın gələcəkdə baş verəcəyini bildirib.

O qeyd edib ki, artıq bəzi müəssisələr distant və ya natamam məşğulluq çərçivəsində bu formatda işləyirlər. Bundan əlavə, koronavirus pandemiyası zamanı bu, kadrların saxlanılması və şirkətlərin işinin davam etdirilməsi üçün ən optimal həll yollarından biri olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, rusiyalı deputatın sözlərinə görə, pandemiya iş və istirahət arasında normal tarazlığı saxlamaq qabiliyyətini nümayiş etdirib və süni intellekt texnologiyalarının tətbiqi ağır fiziki tapşırıqları tədricən maşınlara yönləndirəcək, insanı işçidən onların operatoruna çevirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.