Dünya

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü olub

3 May 2022 17:17
Baxış: 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada baş tutan görüş barədə bəyanat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir ki, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.

"Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar", - bəyanatda qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.