İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.
Milli.Az APA-ya istinadən bildirir ki, meydana bitişik küçələr zibil qabları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırır.
Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkədə etiraz aksiyaları keçirir.
Milli.Az