İrəvanın mərkəzində müxalifətçilər çadır qurublar

1 May 2022 23:50

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Fransa meydanında çadır qurublar.

Milli.Az APA-ya istinadən bildirir ki, meydana bitişik küçələr zibil qabları və skamyalarla bağlanıb. Etirazçılar nəqliyyatın hərəkətini iflic etməyi planlaşdırır.

Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkədə etiraz aksiyaları keçirir.

Milli.Az