Dünya

Rusiya hərbçiləri Xerson vilayətində deputatı qaçırıblar

1 May 2022 18:22
0 Şərh     Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

"Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.