Dünya

Rusiya MN: Ukraynanın 18 PUA-sı vurulub

30 Aprel 2022 14:48
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə ərzində Ukraynanın 18 pilotsuz uçuş aparatını (PUA) vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliki Liman və Peremoqa yaşayış məntəqələri üzərində Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 18 pilotsuz uçuş aparatını, o cümlədən üç Bayraktar TB-2-ni məhv edib", - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bundan əlavə, gecə saatlarında Donetsk vilayətinin Qorlovka və Xarkov vilayətindəki Snejkovka yaşayış məntəqələri üzərində "Smerç" reaktiv yaylım atəş sisteminin 2 raketinin vurulduğunu qeyd edib.

"Artilleriya bölmələri ötən gecə ərzində düşmənin 389 hədəfini məhv edib. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin 35 komanda məntəqəsi, 41 dayaq məntəqəsi, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, həmçinin 15 raket və artilleriya silah və sursat anbarı var.

Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası isə ötən gecə ərzində canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 9 ərazini vurub. Nəticədə 120-dən çox millətçi, 4 tank və 6 zirehli texnika məhv edilib", - Konaşenkov əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.