Dünya

Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib

17 Aprel 2022 16:52
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.

Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.

"Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır", - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Ruminiya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.