Dünya

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

12 Aprel 2022 14:00
0 Şərh     Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Hava Kosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə sistemləri Berdyansk və Melitopol yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, Ukraynada keçirilən əməliyyat zamanı indiyədək ümumilikdə 443 pilotsuz uçuş aparatı və 130 təyyarənın məhv edildiyini söyləyib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Berdyansk və Melitopol yaşayış məntəqələri ərazilərində havada iki pilotsuz uçuş aparatını vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 443 pilotsuz uçuş aparatı, 2139 tank və digər döyüş zirehli texnikası, 241 reaktiv yaylım atəş sistemi, 917 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2046 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Rusiya MN sözçüsü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.