Dünya

Ukraynadakı müharibəyə görə 42 ölkə Haaqa məhkəməsinə müraciət edib

11 Aprel 2022 08:11
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin təhqiqatına 40-dan çox ölkə qoşulub.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Denis Malyuska bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerindən ekspertlər Buçadakı sübutların toplanması üzərində işləyirlər, lakin belə cinayətlərin sayı o qədər çoxdur ki, kifayət qədər resurslar yoxdur:

"Artıq 42 ölkə Haaqadakı beynəlxalq məhkəməyə müraciət edib, hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb, bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirib və sürətləndirib".

Nazir qeyd edib ki, cinayət əmri verənlərin günahını sübut etmək ən çətindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.