Dünya

Avrozonada martda inflyasiya rekorda çatıb

1 Aprel 2022 18:24
0 Şərh     Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlkin məlumatlara görə, bu ilin mart ayında Avrozonada illik inflyasiya 7,5% təşkil edib ki, bu da müşahidələr dövründə qeydə alınan ən yüksək göstəricidir.

Milli.Az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, inflyasiyaya ən çox təkan verən enerji qiymətləri illik müqayisədə 44,7% artıb. Ərzaq, alkoqol və tütün martda 5%, qeyri-enerji sənaye malları 3,4%, xidmətlər isə 2,7% bahalaşıb.

Statistik məlumatları artıq əlçatan olan Avropa ölkələrinə gəldikdə, martda ən yüksək illik inflyasiya Litvada (15,6%), Estoniyada (14,8%) və Niderlandda (11,9%) qeydə alınıb. Ən zəif illik qiymət artımı isə Maltada (4,6%), Fransada (5,1%) və Portuqaliyada (5,5%) müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory