Dünya

Rusiya Dneprdə hərbi hissəyə zərbə endirib

25 Mart 2022 11:18
0 Şərh     Baxış: 1 005
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hərbçiləri cümə axşamı axşam saatlarında Dnepr şəhərinin kənarındakı hərbi hissələrdən birini vurub.

Milli.Az bildirir ki, Dnepropetrovsk vilayəti üzrə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, saat 22:38-də iki raket zərbəsi endirilib.

Raket zərbələri nəticəsində bölmənin binaları dağılıb. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Atılan raket iki yanğına səbəb olub. Rusiyanın hansı raketlərdən istifadə etdiyi barədə məlumat yoxdur.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.