Dünya

Ölkəsindən qaçan iqtisadiyyat naziri ABŞ-da Uber sürücüsü oldu - FOTO

21 Mart 2022 18:24
1 Şərh     Baxış: 3 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə Taliban tərəfindən əsir götürülən Əfqanıstanın sonuncu iqtisadiyyat naziri Xalid Payenda Vaşinqtonda Uber sürücüsü olduğu müəyyən edilib.

Milli.Az manset.az-a istinadla xəbər verir ki, "Washington Post" qəzeti keçmiş iqtisadiyyat nazirinin sükan arxasında fotolarını paylaşıb.

Keçən il Taliban tərəfindən ələ keçirilən və Əfqanıstandan qaçan və nazir Xalid Payenda 7 ay əvvələ qədər ölkənin 6 milyard dollarlıq büdcəsini idarə edib. 

İndi isə gündə 95 dollar qazandığı bildirilib.

Həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-da yaşamağa başlayan 40 yaşlı Payenda "The Washington Post"a verdiyi açıqlamada Əfqanıstan xalqını günahlandırıb: "Baş verənlərə görə əfqanlar məsuliyyət daşıyır. Biz birlikdə islahat aparmaq və ciddi olmaq iradəsini nümayiş etdirə bilmədik".

Keçmiş nazir ABŞ-nin ölkəni Talibana təslim etdiyini deyib. 

O özünü də günahlandırdığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.