Dünya

Pireney yarımadasını bürüyən Afrika tozu İspaniyanı dünyanın ən çirkli ölkəsi edib

16 Mart 2022 21:27
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Seliya" fırtınası Sahara tozunu Pireney yarımadasına gətirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, Pireney yarımadasının bir hissəsini əhatə edən Saharadan gələn Afrika tozu İspaniyanı dünyanın ən çirkli ölkəsinə çevirdi.

Avila, Salamanka, Seqoviya və Madrid şəhərlərində hissəciklərin konsentrasiyası 10 mikrometrdən (PM10) aşağı, kubmetr üçün 1000 mikroqrama yaxın (µg/m3) qeydə alınıb. Problemin miqyasını başa düşmək üçün Ümumdünya Səhiyyə Təşkilatının sağlam hesab etdiyi orta gündəlik konsentrasiyanın 45 µg/m3 olduğunu bilmək vacibdir. Çərşənbə axşamı günü verilən məlumatlar tozun miqdarının belə halın adi olduğu Çin və ya Hindistan kimi ölkələrlə müqayisədə daha yüksəkdir.

Toz hissəcikləri havanın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir: onlar görmə qabiliyyətinə mane olur, gözləri qıcıqlandırır və tənəffüs problemlərinə səbəb ola bilər. Lakin Afrika tozunun da müsbət təsiri var, tropik fırtınaların başvermə ehtimalını azaldır və okean və torpaq üçün təbii gübrədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.