Dünya

ÜST-nin Avropa regionunda COVID-19-ə yoluxmaları azalır

9 Mart 2022 22:30
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda COVID-19-a yoluxma və bu xəstəlik nəticəsində ölüm hallarının sayı fevralın 10-dan başlayaraq, dönmədən aşağı düşür.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ÜST-nin Avropa regional bürosunun direktoru Hans Klyuge bunu brifinqdə bildirib.

Klyuge ölkələri "vaksinləməni dəstəkləməklə və yüksək sayıqlıqla optimizmi balanslaşdırmağa" çağırıb. ÜST-də, həmçinin ictimai səhiyyə sahəsində hər hansı məhdudiyyət və testdən keçmək kimi sosial tədbirlər ləğv ediləcəyi halda sonradan həmin tədbirlərin bərpa olunmasına ehtiyac və tələbat duyularsa, onların təcili bərpa olunmasını istəyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.