Dünya

Pentaqon rəsmisi: Rusiya Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib

7 Mart 2022 22:35
0 Şərh     Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya müharibədən əvvəl Belarus ərazisi də daxil olmaqla Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə bildirib. O, qeyd edib ki, Rusiya bu vaxtadək Ukraynaya 625 raket zərbəsi endirib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna səmasında mübarizənin hələ də davam etməsi Kiyevin döyüş təyyarələrini istifadə edə bilməsi və yer-hava tipli silahlarının ölkənin hava məkanını qorumağa qadir olması kimi qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.