Dünya

Rusiya hərbçiləri Ukraynanın ən böyük təyyarəsini yandırdı

27 Fevral 2022 20:19
0 Şərh     Baxış: 2 292
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində AN-225 "Mriya" təyyarəsi yandırılıb.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Rusiya qoşunlarının Qostomeldəki "Antonov" aeroportuna endirdiyi raket-bomba zərbələri nəticəsində Ukraynanın "Antonov" Dövlət Konsernində istehsal edilən, dünyanın dünyanın ən böyük və güclü təyyarələrindən biri olan Ukrayna istehsalı olan "AN-225 Mriya"nın yandırılıb.

Təyyarə "Antonov"da təmirdə olduğundan Ukraynada hərbi əməliyyatlar başlayanda onu ölkədən çıxara bilməyiblər.

Ukrayna Dövlət Rabitə Agentliyinin açıqlamasına görə, təyyarəsinin tam bərpasına 3 milyard dollardan artıq vəsait və təxminən 5 il vaxt gərəkdir: "Bərpa çox vaxt aparacaq. Ukrayna bütün səylərini göstərəcək ki, bu işlərin haqqını işğalçı dövlət ödəsin".

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twitter hesabında olayla bağlı belə yazıb: "Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 "Mriya" (Ukrayna dilində "Arzu") idi. Rusiya bizim "Mriya"mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.