Dünya

Boris Conson bütün ölkələri Rusiya ilə dialoqa çağırıb

14 Fevral 2022 22:20
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson bütün ölkələri Ukraynada münaqişənin qarşısını almaq üçün Rusiya Federasiyası ilə dialoqa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Baş nazir Twitter səhifəsində yazıb.

"Biz uçurumun kənarındayıq, lakin Prezident Putinin hələ də kənardan geri çəkilməyə vaxtı var. Biz hamını dialoqda iştirak etməyə və Rusiya hökumətini səhv etməməyə çağırırıq. Əks halda Rusiya üçün fəlakətli nəticələr olar" deyə Boris Conson qeyd edib.

Qeyd edək ki, yaxın saatlarda Conson Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə telefon danışığı aparacaq. Daha sonra onun bir sıra Avropa liderləri ilə danışıqlar aparması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.