Almaniyada siyasətçilərə qarşı törədilən cinayətlərin sayında kəskin artım var.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Handelsblatt" nəşri Cinayət İşləri üzrə Federal İdarəyə istinadən məlumat yayıb.
Qurumun hesabatına əsasən, son 4 ildə ölkədə siyasətçilərə qarşı cinayətlərin sayı 3 dəfə artıb. 2017-ci ildə bu cür qanun pozuntularının sayı 1517 olduğu halda, 2021-ci ildə 4458-ə bərabər olub. Güc strukturları cinayətlərin sayının atmasını pandemiya fonunda Almaniya cəmiyyətinin radikallaşması ilə əlaqələndirir.
Milli.Az