Dünya

“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

2 Fevral 2022 12:04
0 Şərh     Baxış: 1 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən "Arman Dikiy" kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.

Müdafiə tərəfləri "Arman Dikiy"in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.

Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.

Xatırladaq ki, "Arman Dikiy" yanvarın 7-si Almatı şəhərində saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.