Dünya

“Sözlərim Sezen Aksuya deyildi” - Ərdoğandan açıqlama - VİDEO

27 Yanvar 2022 08:24
0 Şərh     Baxış: 2 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sözlərim Sezen Aksuya deyildi. Sezen Aksu ölkəmizin mühüm sənətçilərindən biridir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində "Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur" sitatından danışarkən deyib.

"Kim olursa-olsun, dini dəyərlərə toxunulmasına icazə vermirəm. Xalqımızın müqəddəslərinə həssas yanaşıram. "Dilini qoparmaq" ifadəsini bir nəfərə yox, müqəddəslərə söz söyləyən hamıya demişəm. Bu, bir mövqe, hörmət, qəbul, birlikdə yaşamaq təcrübəsi kimi qəbul edilməlidir. Bir-birimizə, inanclarımıza, dəyərlərimizə nə vaxt hörmət edəcəyik? Bu hörməti ortaya qoymağa məcburuq", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Sezen Aksunun ""Şahane bir şey yaşamaq" mahnısında Adəm və Həvvanın "cahil" adlandırılması fonunda başlayan müzakirələrdən sonra açıqlama verib. O bildirib ki,  Həzrəti Adəmə və Həvvaya heç kim dil uzada bilməz və dil uzadanlara isə həddini bildirmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.