Dünya

Türkiyə ordusu şəhidlərin qisasını alıb, 44 terrorçu zərərsizləşdirilib

15 Yanvar 2022 14:37
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olan Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: "Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin".

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.