Dünya

Çində elektromobil satışı artıb

13 Yanvar 2022 08:53
0 Şərh     Baxış: 1 020
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çin hökuməti 2035-ci ilədək avtomobil parkını əsaslı şəkildə yeniləmək istəyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dünyanın ən böyük avtomobil bazarı olan ölkədə təmiz texnikaya maraq durmadan artır.

Burada elektromobil, hibrid avtomobil və hidrogen mühərrikli avtomobillər nəzərdə tutulur. 2021-ci ildə bu tip nəqliyyat vasitələrinin satışı 169% artıb. Çin Avtomobil İstehsalçıları Federasiyasının fikrincə, bu il ölkədə 5.5 milyon ədəd ekoloji təmiz avtomobil satılacaq. Bununla da avtomobil parkının 25%-ni ekoloji təhlükəsiz maşınlar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.