Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son sutka ərzində ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ən gərgin vəziyyət əhalisinin sayı cəmi 4 milyon olan Küveytdədir. Belə ki, bu ölkədə son 24 saat ərzində 4397 yoluxma qeydə alınıb. Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza bununla əlaqədar müraciət edib, onları yerli hökumətin qoyduğu qaydalara əməl etməyə, lazım olduqda diplomatik nümayəndəliyimizin "qaynar xətt"inə zəng vurmağa çağırıb.
Səudiyyə Ərəbistanında da yoluxma halları getdikcə artır. Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutkada 5362 nəfərin COVID-19-a yoluxduğu, iki pasiyentin isə vəfat etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti əhaliyə üçüncü doza vaksin vurulması üçün geniş tədbirlər görür. Bu məqsədlə büdcədən əlavə vəsaitin ayrıldığı bildirilir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son sutkada 2511 yoluxma, 3 ölüm faktı qeydə alınıb. Mötəbər beynəlxalq tədbirlərin, o cümlədən "EXPO 2020 Dubai" sərgisinin keçirildiyi Dubay şəhərində pandemiyaya qarşı nəzarət tədbirləri daha da artırılıb. Bundan başqa, BƏƏ hökuməti sosial şəbəkələrdə COVID-19-la bağlı feyk xəbərlər və şayiələr yayanlara qarşı 5500 dollar məbləğində cərimə tətbiq ediləcəyi barədə qərar qəbul edib.
Misirdə son sutkada yoluxma halları nisbətən az olsa da (932 nəfər), vəfat edənlərin sayı yüksəkdir (19 nəfər). Bu ölkədə COVID-19-dan həyatını itirənlərin sayı Şimali Afrika və digər ərəb ölkələri ilə müqayisədə daha çoxdur. Belə ki, pandemiya dövründə Misirdə 22 mindən çox insan COVID-19-dan vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan rus dili kursuna gedir
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz





