Dünya

Mərakeş Afrikada ən çox kriptovalyutaya malik dördüncü ölkədir

12 Yanvar 2022 21:04
0 Şərh     Baxış: 252

"Triple" ödəmə platformasının məlumatına görə, 0,9 milyon insan və yaxud Mərakeş əhalisinin 2,5 faizi hazırda kriptovalyutaya sahibdir. Bu da Mərakeşə bitkoin mübadiləsinin həcminə görə Afrikada dördüncü, dünyada isə 24-cü ölkə adını qazandırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2021-ci ildə Mərakeşdə kriptovalyuta ilə ticarətin həcmi 6 milyon dollara çatıb, ölkə kriptovalyuta satışının həcminə görə Nigeriya, Cənubi Afrika Respublikası və Keniyadan sonra Afrika qitəsində dördüncü olub.

Koronavirus pandemiyasının əmələ gətirdiyi iqtisadi böhran səbəbindən Mərakeşdə kriptovalyutaya sahib olma 2020-ci ildə rekord həddə - 2,18 milyon dollara çatıb.

Mərakeşdə kriptovalyutanın formal şəkildə qadağan olunmasına baxmayaraq, ölkədə bitkoinlərin alışı sürətlə artır, birsəviyyəli ticarət isə "LocalBitcoins" ticarət platformasında 2021-ci ilin fevralında rekord həddə çatıb. Mərakeşlilər təkcə fevral ayında təqribən 900 min dollarlıq bitkoin satıblar.

Ölkənin valyuta mübadiləsinə nəzarət orqanı olan Mərakeş Valyuta İdarəsi bu məsələyə skeptik yanaşaraq, 2017-ci ildə kriptovalyuta ticarəti üzərinə qadağa qoymuşdu. Bununla belə, Mərakeş Mərkəzi Bankı elan edib ki, Direktorlar Şurası kriptovalyutanın tətbiqindən gələn iqtisadi mənfəəti müzakirə edir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.