Misirdə yol qəzasında 16 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sinay yarımadasının qərbində Süveyş-Tor şəhərləri arasındakı magistral yolda mikroavtobusla avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Hadisə yerinə 13 təcili yardım maşını gəlib, xəsarət alanlar Tor, Əbu Rudeys, Şarm əl-Şeyx şəhərlərindəki xəstəxanalara yerləşdirilib.
Milli.Az