Dünya

“Cinlər”dən bezən kişi məşhur falçını qətlə yetirdi - VİDEO

19 Dekabr 2021 09:42
0 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mahaçqalada 56 yaşlı məşhur falçı Şövkət Calayeva 12 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Milli.Az Baku TV-yə istinadən bildirir ki, hadisə günü qadın  mağazaya yollanıb. Həmin vaxt onun evinə ortaboylu, qara pencəkli, başında kapüşon olan bir kişi girib. Şövkət mağazadan qayıtdıqdan bir neçə dəqiqə sonra həmin şəxs evdən sürətli addımlarla çıxaraq cinayət yerindən qaçıb.

Bütün bunlar müşahidə kamerası tərəfindən qeydə alınıb.

Artıq şübhəli şəxs saxlanılıb. O, cinayəti etiraf edib.

Kişi 56 yaşlı falçının onu caduladığını və "cinləri" ona ürcah etdiyindən əmin olduğunu bildirib. Şübhəli şəxs cinlərin onu rahat yaşamağa imkan vermədiyini əlavə edib. Bu səbəbdən o, falçının evinə yollanıb və bıçaqlayıb.

Qeyd edilir ki, Şövkət Calayeva Mahaçqalada məşhur falçı olub, yüzlərlə insan müntəzəm olaraq ona müraciət edib. Bununla belə o, dinə zidd fəaliyyətinə son qoyması üçün dəfələrlə hədə-qorxu da alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.