Dünya

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb

13 Dekabr 2021 19:18
0 Şərh     Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın əvvəlindən ilk dəfə olaraq 1 300 ABŞ dollarını ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 13 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 354 dollar təşkil edib, bu da ötən günün hərracların bağlanışında qeydə alınan qiymət ilə müqayisədə demək olar ki 8% artım deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.