Hava

Lerikdə yarım metr hündürlüyündə qar yağdı

19 Yanvar 2020 14:20
4 Şərh     Baxış: 4 274

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə (Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda (Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Donna Denna · 19 Yanvar 22:3010

    Paxillandim (. .)

    Cavab yaz
  • Anonim
    ƏLI · 19 Yanvar 22:3712

    Biləsuvar nəyin ki qar hec yagişda yoxdu.məlumati düz verində

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 19 Yanvar 23:3120

      Biləsuvarlısız?

      Cavab yaz
  • Anonim
    rafik · 20 Yanvar 09:1610

    19 yanvar Biləsuvarda yağış yağırdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.